Pep Alonsoya xeyir-dua verdi!
Pep Qvardiola: “Xabi Alonso əla məşqçidir və Madrid klubunu yaxşı tanıyır”.
90plus.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola "Real Madrid”in yeni baş məşqçisi Xabi Alonsonun potensialına yüksək qiymət verib. İspan mütəxəssis sabiq oyunçusunun həm məşqçilik bacarığını, həm də Madrid klubundakı əvvəlki təcrübəsini ön plana çəkib:
“Xabi Alonso böyük məşqçidir, bunu artıq sübut edib".
“O həmçinin [Real] Madrid klubunda da olub və bu, böyük üstünlükdür. O, hansı savaşların vacib olduğunu, hansılarının isə əhəmiyyətsiz olduğunu yaxşı bilir".
Qvardiola sözlərinə belə davam edib: “Ona uğurlar arzulayıram və istəyirəm ki, yaxşı nəticələr qazansın".
Modern futbol tarixinin ən böyük məşqçilərindən biri hesab edilən Pep Qvardiolanın bu sözləri səmimi görünsə də, onun sabiq klubu “Barselona”ya qarşı oynayacağı halda Alonsonun uğur qazanmasını istəməyəcəyi də şübhəsizdir.
Xabi Alonsonun “Real Madrid”dəki ilk böyük sınağı isə Klublararası Dünya Çempionatına təsadüf edəcək. Madrid təmsilçisi mövsümdəki ilk titulu uğrunda bu turnirdə mübarizə aparacaq.
© Copyright 2026, All Rights Reserved