Pepe futbola vida söylədi
Qapıçı Pepe Reyna rəsmən futbolçu karyerasını başa vurdu!
90plus.az xəbər verir ki, 42 yaşlı ispan qapıçı bundan sonra “Vilyareal” klubunda “Yuvenil A” komandasının baş məşqçisi kimi fəaliyyətə başlayacaq.
Pepenin karyera statistikası: 987 oyun və 11 kubok. Həmçinin Premyer Liqada 3 dəfə "Qızıl əlcək" mükafatını qazanıb.
Pepe 1999-cu ildə peşəkar karyerasına başlayıb və 2025-ci ilə qədər davam etdirib:
2 dəfə Avropa çempionu;
2 dəfə İntertoto Kuboku;
1 dəfə Dünya Çempionu;
1 İngiltərə Kuboku;
1 İngiltərə Liqa Kuboku;
1 UEFA Superkuboku;
1 İngiltərə Superkuboku;
1 İtaliya Kuboku;
1 dəfə Almaniya Bundesliqasının qalibi.
© Copyright 2026, All Rights Reserved