"Pis hazırlaşmamışıq" Q.Qurbanov
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Linkoln”la matçdan əvvəl açıqlama verib.
90plus.az xəbər verir ki, Q.Qurbanov keçirilən mətbuat konfransında rəqiblə matçın mahiyyətinin onlar üçün önəmli olduğunu söyləyib:
“Doğma Bakımızda, doğma stadionumuzda ilk oyunumuzu oynayacağıq. Pis hazırlaşmadıq. Rəqibi daha yaxından tanıdıq. Bu komanda çox bacarıqlı müdafiə olunur.
İlk matça baxıb, analiz etmişik. Baxımlı oyun oynamağa çalışacağıq. Bilirik ki, qalib gəlsək, Konfrans Liqasının qrupunu təmin edəcəyik. Çox ciddi hazırlaşırıq. Futbolçularımın ümumi hazırlığı pis deyil. Azarkeşlər üçün baxımlı matç olacaq. Hansısa narahatlığa ehtiyac yoxdur. Kollektivdaxili olan bəzi nüanslar var. İlboyu onlarla rastlaşırıq. Çalışırıq ki, kiçik vaxtda onları həll edək. 15-16 ildir ki, buradayam. Kollektivdaxili hər şeyi həll etmişik. Hansısa problem görmürəm. Həmişə çalışmışıq ki, əlimizdə olan şansdan maksimum istifadə edək, hər şey qaydasında olsun. Bizim üçün problem olan həmişə rəqib olub. Rəqib bizim düşündüyümüzdən əlavə nəsə edirsə, bu, bizim üçün problem olub. Başqa ciddi problem görmürəm".
Minimum və maksimum hədəflər olur. Minimum hədəf Konfrans Liqasının qrupudur. Maksimum isə Çempionlar Liqasının qrupu. Hədəfimiz həmişə maksimal olub".
Qeyd: “Qarabağ”-“Linkoln” qarşılaşması iyulun 30-u, saat 20:00-da baş tutacaq. Komandalar arasında ilk oyun isə Ağdam klubunun 2-0 hesablı qələbəsi ilə nəticələnib.
© Copyright 2026, All Rights Reserved