Pol Poqba imza zamanı hönkür-hönkür ağladı
Fransa millisi ilə dünya çempionu olan Pol Poqba 2023-cü ilin avqustunda dopinq testindən keçə bilmədikdən sonra futbol oynamırdı. Bir ay sonra cəzalandırılan yarımmüdafiəçi bu ilin martından etibarən azad agent kimi yeni klub axtarırdı. İndi isə karyerasında ilk dəfə doğma ölkəsində – Fransada klubla anlaşması duyğu seli yaşamasına səbəb olub.
90plus.az xəbər verir ki, “Monako” klubunun rəsmi saytında yayımlanan açıqlamada deyilir:
“AS Monako Pol Poqbanın transferini elan etməkdən məmnundur. Fransa millisinin dünya çempionu ilə 2 illik müqavilə imzalanıb. Beləliklə, o, 30 iyun 2027-ci ilədək Monako klubunun futbolçusudur.”
Sabiq “Mançester Yunayted” futbolçusu müqaviləyə imza atarkən göz yaşlarını saxlaya bilməyib, hönkür-hönkür ağlayıb.
VİDEO: https://t.me/doxsanplus/104657
Qeyd: Poqba 2023/24 mövsümünün ilk turunda “Yuventus” – “Udineze” oyunundan sonra götürülən təsadüfi dopinq testinin nəticəsi müsbət çıxdığı üçün cəzalanmışdı. Əvvəlcə 4 illik diskvalifikasiya verilmişdi, lakin 2023-cü ilin oktyabrında apellyasiya nəticəsində bu cəza 30 ay azaldılmışdı.
Dördqat A Seriya çempionu olan Poqba daim karyerasını bərpa etmək istədiyini bildirib və keçən həftə verdiyi açıqlamada hələ də özünü “uşaq kimi” hiss etdiyini deyib.
“Monako” 32 yaşlı futbolçunun 2027-ci ilin yayına qədər – iki illik müqaviləyə imza atdığını elan edib.
Poqba bu keçidlə klub karyerasını yenidən canlandırmaq və 2026-cı il dünya çempionatından öncə Fransa millisində yenidən forma geyinmək məqsədi daşıyır.
© Copyright 2026, All Rights Reserved