Pol Poqba üçün yeni bir ağ səhifə şansı yarandı
Pol Poqba “Monako”ya təklif olunub – karyerasında yeni səhifə???
90plus.az xəbər verir ki, uzunmüddətli cəza dönəmindən sonra hələ də azad agent olan fransalı yarımmüdafiəçi Pol Poqba doğma ölkəsinə qayıda bilər. 31 yaşlı futbolçu “Monako” klubuna təklif olunub.
Dopinq qaydalarını pozduğu üçün 4 illik diskvalifikasiya ilə üzləşən Poqbanın cəzası hazırda hüquqi baxış altındadır. O, hazırda sərbəst futbolçudur və istənilən kluba qoşulmaq hüququna malikdir – təbii ki, idman instansiyalarının qərarından asılı olaraq.
“Monako” rəhbərliyi Poqbanın fiziki durumu və hüquqi statusunu dəyərləndirdikdən sonra qərar verəcək. Futbolçunun potensial qayıdışı həm klub üçün təcrübəli bir oyunçu qazanmaq, həm də Fransa futbolunda böyük rezonans yaratmaq anlamına gəlir.
Xatırlatma: Pol Poqba peşəkar karyerası ərzində “Yuventus” və “Mançester Yunayted” kimi klublarda çıxış edib. O, 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu adını da qazanıb.
📰: Foot Mercato
© Copyright 2026, All Rights Reserved