Poqba: "Ayrılmaq istəmişdim, icazə vermədilər"
Pol Poqba 2019-cu ildə “Mançester Yunayted”dən ayrılmaq istədiyini açıqlayıb.
90plus.az xəbər verir ki, fransız yarımmüdafiəçi yerli mətbuata açıqlama verib:
"O vaxtlar 27 yaşım var idi, istədiyim kimi olmadı. Əlimdən gələni etdim, amma klubun inkişaf etmədiyini gördüm.
"‘Mançester Siti’ və ‘Liverpul’ bizdən yaxşı idi və irəliləyirdi. Ole [Qunnar Solskjayer] mənim getmək istəyimə razılıq verdi və Ed [Vudvord] ilə danışacağını dedi.
"Ağlımda artıq ayrılmaq var idi, amma peşəkar olmaq üçün təlim-məşq toplanışına qayıtdım.
"Getmək üçün Ed ilə danışdım, amma o bunu geri çevirdi. Artıq ‘Yunayted’ üçün oynamaq istəmirdim, amma peşəkar olmalı idim.
"Mənəvi olaraq orada deyildim, sonra isə zədələr aldım."
Mənbə: MailSport
© Copyright 2026, All Rights Reserved