Portuqaliya çempionu “Sportinq” oldu!
Portuqaliya Liqasının 34-cü turunda çempionluq məsələsinə aydınlıq gəlib.
90plus.az xəbər verir ki, tur öncəsi 79 xalla lider olan “Sportinq” doğma meydanda “Vitoriya”nı qəbul edib. Çempionluq yolunda əlverişli mövqedə olan “Sportinq” ikinci hissədə vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlub edib. “Yaşıl-ağlar”ın qollarını 55-ci dəqiqədə Qonsalveş və 83-cü dəqiqədə Gyökeres vurublar.
Bu nəticə ilə xallarını 82-yə çatdıran “Sportinq” Portuqaliya çempionatında tarixində 21-ci dəfə çempion olub.
Qeyd: “Benfika” bu turda səfərdə “Braqa” ilə qarşılaşıb. Matç 1-1 yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved