Portuqaliyada kubok "Sportinq"indir
Portuqaliya Kubokunun finalında "Benfika" klubu "Sportinq" (Lissabon) klubu ilə qarşılaşdı.
90plus.az xəbər verir ki, maraqlı keçən matç 120 dəqiqəlik əlavə vaxtdan sonra "Sportinq"in 3-1 hesablı qələbəsi ilə başa çatdı. Bu nəticə ilə "Sportinq" komandası mövsümü həm liqada, həm də kubokda çempion kimi tamamladı.
18-ci kubok
"Sportinq" bu qələbə ilə Portuqaliya Kubokunu 18-ci dəfə qazandı. Kuboku ən çox qazananlar sırasına baxdıqda, "Sportinq" 3-cü yerdə qərarlaşır. Onun önündə isə 20 dəfə kubok sahibi olan "Porto" və 26 dəfə qalib gələn "Benfika" klubları yer alır.
© Copyright 2026, All Rights Reserved