Postekoqlu: "Qarabağ" yaxşı komandadır"
Ange Postekoqlu "Qarabağ"la matçdan sonra jurnalistlərin qabağına çıxıb.
90plus.az xəbər verir ki, "Tottenhem"in baş məşqçisi Ange Postekoqlu Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri matç haqda danışıb:
"Matçın startının yubanması oyunumuza təsir göstərdi. Buna baxmayaraq, tıxacın "Qarabağ"a ciddi problem yaratmadığını düşünürəm. Onlar yaxşı komandadır.
Brennan Yonson əla oynadı. Hətta 10nəfərlə qaldıq, amma passiv olmaq istəmədik. Brennanı görmək istədiyimiz mövqe budur. Hazırda o, özünə inanır. Bizim ona ehtiyacımız olacaq. Dominik Solanke də yaxşı çıxış etdi. Təkcə qolu deyil, həm də ümumi oyunu gözəl alındı. O, güclü futbolçudur və topu özündə saxlamağı bacarır. Dominik həmişə hərəkətdə olan hücumçudur".
Oyuna intizamsız başladığımızı düşünürdüm. Yüksək tempdə oynamaq istədik. Radu Draquiş qırmızı vərəqə aldı. Bundan sonra ayıldıq. Lakin ilk dəqiqələrdəki oyunumuzdan razı deyildim. Bu axşam qələbə qazanmağımız çox vacib idi. Avropada oynayanda evdəki matçlarında qalib gəlməlisən. Çünki həqiqətən də hər bir səfər oyunu çətin olur.
© Copyright 2026, All Rights Reserved