PSJ 8 futbolçunu “vitrinə qoydu”
Çempionlar Liqası, Liqa 1 və Fransa Kubokunu qazanaraq mövsümü uğurla başa vuran PSJ artıq yeni mövsüm üçün planlaşdırma işlərinə başlayıb.
90plus.az xəbər verir ki, Fransa nəhəngi heyətdə ciddi dəyişikliklərə getməyə hazırlaşır.
6 futbolçu ilə yollar ayrılır
"Le Parisien"in məlumatına görə, klub 6 futbolçu ilə yollarını qəti şəkildə ayırmağı planlaşdırır. Siyahıda aşağıdakı adlar yer alır:
Milan Şkrinyar
Randal Kolo Muani
Karlos Soler
Nordan Mukyele
Marko Asensio
Renatu Sançeş
Bu oyunçular artıq əsas planlara daxil edilməyəcək və transferə açıq elan olunublar.
2 futbolçu üçün təkliflər gözlənilir
Digər tərəfdən, "L'Équipe"in məlumatına əsasən, PSJ portuqaliyalı hücumçu Qonçalu Ramos və cənubi koreyalı Kang İn Li üçün gələcək təklifləri də dəyərləndirməyə hazırdır. Bu iki futbolçunun da satılması ehtimalı yüksək qiymətləndirilir.
Kolo Muani üçün Türkiyə variantı
Xəbərlərdə bildirilir ki, Randal Kolo Muaninin adı Türkiyənin nəhəng klubları "Qalatasaray" və "Fənərbağça" ilə hallanır. Milan Şkrinyar isə Premyer Liqa klublarının maraq dairəsindədir.
© Copyright 2026, All Rights Reserved