PSJ - Donarumma gərginliyi artdı
PSJ ilə Donnarumma arasında gərginlik – klub qərarını verib.
90plus.az xəbər verir ki, Fransanın PSJ klubu ilə qapıçı Canluici Donnarumma arasında münasibətlərdə gərginlik yaşanır. “The Times”ın məlumatına görə, Paris təmsilçisi 2026-cı ilin yayında müqaviləsi başa çatacaq qolkiperin azad agent kimi ayrılmasına imkan vermək istəmir.
Klub Donnarummaya açıq şəkildə iki seçim təqdim edib: ya yeni müqaviləyə imza atmaq, ya da bu yay komandadan ayrılmaq. Qeyd olunur ki, PSJ bu qərarı Lukas Kavelierin transferindən sonra verib və qapı xəttində gələcəklə bağlı aydınlıq istəyir.
Paris klubu Donnarumma üçün mümkün təklifləri gözləyir. Xüsusilə “Çelsi”, “Mançester Siti” və “Mançester Yunayted”in vəziyyəti yaxından izlədiyi bildirilir.
Qeyd: 25 yaşlı qapıçı 2021-ci ildən PSJ-nin şərəfini qoruyur və son illərdə əsas heyətdə sabit yer alıb.
© Copyright 2026, All Rights Reserved