PSJ Donarummanı siyahıdan sildi
PSJ Canluici Donnarummanı heyətdən çıxardı – ayrılıq qaçılmazdır.
90plus.az xəbər verir ki, “Pari Sen-Jermen” italiyalı qapıçı Canluici Donnarummanı UEFA Superkubokunun iştirakçı siyahısından kənarlaşdırıb. Fabrizio Romanonun məlumatına görə, klubla futbolçu arasında münasibətlərin gərginləşməsi bu qərarın əsas səbəbidir.
Paris təmsilçisi Donnarumma ilə yeni müqavilə imzalamağı planlaşdırmır. Klub rəhbərliyi artıq yeni “1 nömrə” kimi fransalı Luka Şevalyeyə güvənir.
Məlumata görə, Donnarumma ya bu yay satılacaq, ya da ən geci 2026-cı ildə müqaviləsinin bitməsi ilə azad agent kimi klubdan ayrılacaq.
© Copyright 2026, All Rights Reserved