PSJ Hakimiyə ehtiyat tapmadı
PSJ sağ cinahı niyə gücləndirmədi? Klubun qərarının səbəbi açıqlanıb.
90plus.az xəbər verir ki, "Paris Sen-Jermen" rəhbərliyi Aşraf Hakimi üçün ehtiyat oyunçu transfer etməməsinin səbəbini açıqlayıb. Mövsüm ərzində oyun yükünün ağır olmasına baxmayaraq, klub bu mövqeyə yeni oyunçu cəlb etməyə ehtiyac görməyib.
L'Équipe-ə danışan PSJ heyətindən bir şəxs bildirib ki, Warren Zaire-Emery və Joao Neves Hakiminin yoxluğunda sağ cinah müdafiəsində effektiv çıxış edə bilirlər. Klubun fikrincə, bu oyunçular həmin mövqedə oynayanda komandanın oyun quruculuğuna fərqli dinamika gəlir və rəqiblər üçün gözlənilməzlik yaradır.
“Mövsümə başlayanda artıq bilirdik ki, yay transfer dönəmində sağ cinahı gücləndirməyə ehtiyac olmayacaq. Warren və ya Joao bu mövqedə oynayanda komandamız daha proqnozlaşdırılmaz olur və bu, rəqiblərə əlavə problem yaradır,” – deyə klub nümayəndəsi bildirib.
Hazırda PSJ-də bəzi xırda zədələr olsa da, komanda yüksək motivasiyasını qoruyur. Aşraf Hakimi də L'Équipe-ə verdiyi müsahibədə yorğunluğa baxmayaraq, yeni mövsümə tam hazır olduğunu bildirib.
"Əgər yenidən bu qədər ağır bir mövsüm keçirmək lazımdırsa, tərəddüdsüz razı olaram,” – deyə Hakimi vurğulayıb.
Keçmiş "Real Madrid" və "İnter" oyunçusu, 2024/25 mövsümündəki performansı ilə PSJ-nin Avropada dominant mövqeyini möhkəmləndirməsində mühüm rol oynamışdı. Luis Enrikenin taktikasında onun hücumçu xüsusiyyətləri həlledici rol oynayır.
© Copyright 2026, All Rights Reserved