PSJ-nin tarixi üçlüyü haqda Netflix filmi olacaq
“Pari Sen-Jermen” Netflix-də 2024/25 mövsümündə qazandığı tarixi üçlüklə (Liqa 1, Fransa Kuboku və Çempionlar Liqası) bağlı sənədli film yayımlayacaq.
90plus.az xəbər verir ki, klub prezidenti Nasser Əl-Xelaifi layihəni təqdim edib. Sənədli film PSJ tarixinin ən uğurlu mövsümünə eksklüziv pərdəarxası baxış imkanı verəcək.
Hazırda istehsal prosesi davam edir və filmin dekabr ayında Netflix-də yayımlanacağı gözlənilir. Tamaşaçılara komandanın Liqa 1, Fransa Kuboku və Çempionlar Liqasındakı qələbə yoluna dair xüsusi görüntülər təqdim olunacaq.
Azarkeşlər Luis Enrikenin rəhbərliyi və ulduz futbolçuların parlaq çıxışları ilə yanaşı, həm meydanda ən yaddaqalan anları, həm də pərdəarxasında indiyədək yayımlanmayan görüntüləri izləyə biləcəklər.
© Copyright 2026, All Rights Reserved