PSJ ilk turda güclə qələbə qazandı
Avropa Superkubokunu qaldıran PSJ Liqa 1-in ilk turunda “Nant” səfərində 1:0 hesablı qələbə qazandı.
90plus.az xəbər verir ki, Luis Enrikenin yetirmələri hələ tam hazır olmasalar da, Vitinyanın rəqibə dəyərək istiqamətini dəyişən zərbəsi parislilərə qələbə qazandırdı.
Nant 0 - 1 PSJ
Vitinya 67'
Vitinya: “Hələ də hazırlıq mərhələsindəyik”
“Qol bir az şanslı oldu, amma qazanmağa haqq etdik. Əgər o anda vurulmasaydı, bir az sonra mütləq gələcəkdi. Qol vurduğum və komandama kömək etdiyim üçün xoşbəxtəm. Liqa 1-ə dönüş barədə? Hazırlığımız davam edir, çünki cəmi iki həftədir məşq edirik.
Qələbə ilə başlamaq isə daha yaxşıdır. Komandamız yaxşı oyun göstərdi, pozitiv dinamika var. Çatışmayan məqamlar da var, amma bu normaldır, narahat olmağa dəyməz. Əvəzlənən futbolçular çox yaxşı daxil oldular, bu cür davam etməliyik.”
© Copyright 2026, All Rights Reserved