“Qalatasaray” derbidən qalib ayrıldı
“Qalatasaray” derbidə “Fənərbağça”nı məğlub etdi – Osimhen yubiley qolunu vurdu.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının 31-ci turunda İstanbul derbisi baş tutub. "Qalatasaray" öz meydanında əzəli rəqibi "Fənərbağça" üzərində inamlı qələbə qazanıb.
Gərgin keçən qarşılaşmada hesab 40-cı dəqiqədə açılıb. Viktor Osimhen fərqlənərək mövsümdə 20-ci qolunu məhz prinsipial rəqibə vurub.
Oyunun dönüş nöqtəsi 62-ci dəqiqədə yaşanıb. “Fənərbağça”nın futbolçusu Ederson qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bundan sonra meydan sahibləri üstünlüyünü daha da artırıb.
67-ci dəqiqədə Barış Alper Yılmaz penaltidən dəqiq zərbə ilə hesabı 2:0 edib. 83-cü dəqiqədə isə Lukas Torreyra matçın yekun nəticəsini müəyyənləşdirib:
Qalatasaray 3 - 0 Fənərbağça
V. Osimhen 40’
Ederson 62’ - qırmızı vərəqə, "Fənər” azlıqda
B. A. Yılmaz 67’ (p)
L. Torreyra 83’
Qollar: https://t.me/doxsanplus/116584
Bu qələbə ilə lider “Qalatasaray” xalını 74-ə çatdırıb və mövsümün bitməsinə 3 tur qalmış ən yaxın izləyicisi “Fənərbağça” ilə arasındakı fərqi 7 xala yüksəldib. “Fənərbağça” isə 67 xalla ikinci pillədə qərarlaşıb.
Beləliklə, “Qalatasaray” çempionluq yolunda çox önəmli addım atıb.
© Copyright 2026, All Rights Reserved