"Qalatasaray" onun maaşını ödəməkdə çətinlik çəkir
"Qalatasaray"da gələcəyi maraq doğuran Zaha ilə bağlı iddia irəli sürülüb. İddiaya görə klub oyunçunun maaşını ödəməkdə çətinlik çəkdiyi üçün onu Premyer Liqaya göndərməyə hazırdır.
90plus.az xəbər verir ki, "Qalatasaray"ın Zahanın həftəlik 300 funt-sterlinq maaşını qarşılaya bilmədiyi iddia olunur. Vəziyyətin belə olduğu halda klub ulduzu aşağı qiymətə buraxmağa razı olsa da, digər tərəfdən oyunçudan pul qazanmaq da istəyirlər.
Zahanın transferində maraqlı olan klublar isə "Kristal Pelas", "Vest Hem" və "Vulverhempton"dur. Bununla belə, Zaha maaşını azaltmalı olacaq.
"Qalatasaray" rəhbərliyi həmin klublara Zaha üçün təklifləri dinləyəcəyini bildirib.
QEYD: Zaha ötən mövsüm "Qalatasaray"da 42 oyunda iştira edib və 10 qol vurub, 5 məhsuldar ötürmə edib.
Mənbə: Mirror
© Copyright 2026, All Rights Reserved