"Qalatasaray"ın əfsanəsi Bakıya gəlir
“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar artıq bəllidir.
90plus.az xəbər verir ki, onlardan biri də Türkiyənin “Qalatasaray” klubudur. Bu məqsədlə Fatih Terim Bakıya gələcək.
Qeyd: Alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq.
Mənbə: sportinfo.az
© Copyright 2026, All Rights Reserved