“Qarabağ”ın film kimi uğuru dünya mediasında!
Avropa Liqası tarixində "Qarabağ"ın ilk dəfə 1/8 finala yüksəlməsi dünya mediasında maraqla çatdırılıb. 90plus.az xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın "Braqa" klubunu 6:5 yenərək bu uğura nail oldu və 1/8 finalda "Bayer Leverkuzen"ə rəqib olub. Bu mərhələyə vəsiqə qazanan ilk Azərbaycan, (habelə Cənubi Qafqaz) klubu olan Qurban Qurbanovun yetirmələrinin bu uğuru dünyanın adlı-sanlı idman mediasında gündəmə çevrildi. "Qarabağ"ın müvəffəqiyyəti dünya mediasında: "Eurosport": "Qarabağ" 10 nəfərlə mərhələ adladı"; "Qarabağ" "Braqa"nı şok etdi" "CBS Sports": "Qarabağ" tarix yazdı! Azlıqda qaldı, 122-ci dəqiqədə qol vurdu"; "Qarabağ" UEFA Avropa Liqasında 1/8 finala yüksələn ilk komanda oldu" "433": "Braqa"nın "Qarabağ" qarşısında dili tutuldu" "UEFA Avropa Liqası": "Tarix kitabları üçün - "Qarabağ". "The Coaches` Voice": "Qurban Qurbanovın liderliyi altında "Qarabağ" tarixində ilk dəfə AL-də 1/8 finala yüksəldi. 2008-ci ildən klubu çalışdıran və 14 titul qazanan azərbaycanlı baş məşqçi üçün daha bir təsirli nailiyyət" "Football Wonderkids": "Nəriman Axundzadə (19 yaş) "Qarabağ"ı Avropa Liqasında 1/8 finala apardı. Axundzadənin 122-ci dəqiqədə vurduğu qol "Braqa"nın qəlbini qırdı" "NTV Spor": "Qarabağ"dan yuxu kimi son!" "TRT Spor": "UEFA Avropa Liqasında "Braqa"nı kənarlaşdırdı, son 16lığa düşdü. Tarix yazdı, Qarabağ" A Spor: "Qarabağ" tarix yazır