“Qarabağ” tarixi oyuna çıxır… Ölüm-dirim savaşı olacaq!
"Qarabağ" bu gün UEFA Avropa Liqasında ən vacib matçına çıxacaq. 90plus.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın "Bayer 04" klubunu qəbul edəcək. O "Bayer" ki, hazırda Bundesliqada ən yaxın izləyicisi - ardıcıl 11 mövsümün çempionu "Bayern Münhen"i 10 xal qabaqlayaraq liderdir və həm də bu mövsümün məğlubedilməz komandasıdır, bütün turnirlər daxil 34 oyundur uduzmur. (30-qələbə, 4 heç-heçə). Oyuna maraq o qədər yüksəkdir ki, Satışa çıxan bütün biletlər alınıb. "Qarabağ"ı stadiondan 30 min, "Bayer"i isə 400-dək azarkeş dəstəkləyəcək. Xatırlatma : "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb. UEFA Avropa Liqası, 1/8 final, ilk oyun: Qarabağ - Bayer Leverkuzen Tofiq Bəhramov adına Respublika stadionu 07.03.2024 Saat 21:45 Baş hakim: Benua Bastyen (Fransa) TV: CBC Sport (Şərh: Pərviz Musayev) Əlavə : komandalar arasında cavab matçı martın 14-də Almaniyada keçiriləcək. MARAQLI : "Bayer" "Qarabağ"a qarşı oyunla bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda almanca "Spieltag" (oyun günü) sözü yazılıb. Bakının mərkəzi hissələri, Alov Qüllələri və Qüllələrin iki binası arasında komandaların loqolarının yer aldığı bayraqlar bir-birinə bitişik halda əks olunub. FOTO: