"Qarabağ" dünyada 14 addım daha öndə!
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
90plus.az xəbər verir ki, "Qarabağ" siyahıda 14 pillə irəliləyərək 39-cu yeri tutub.
504 komandadan ibarət siyahıya Azərbaycanın dörd təmsilçisi düşüb və onlardan "Zirə" 8 pillə irəliləyərək 361-ci, "Sabah" 9 pillə irəliləyərək 379-cu, "Neftçi" 6 pillə irəliləyərək 397-ci olub.
Qeyd: Siyahıya "Real" klubu liderlik edir.
Mənbə: IFFHS
© Copyright 2026, All Rights Reserved