“Qarabağ” “Sabah”ı təbrik etdi!
“Qarabağ” FK 2025/2026 mövsümündə Misli Premyer Liqasının qalibi olan “Sabah”ı təbrik edib.
90plus.az xəbər verir ki, Ağdam klubunun rəsmi açıqlamasında bildirilir ki, “Sabah”ın çempionluq uğuru Azərbaycan futbolu üçün mühüm hadisə kimi qiymətləndirilir və komandanın qazandığı nəticə ölkə çempionatında rəqabətin artmasına xidmət edir.
Bəyanatda qeyd olunur ki, yeni formalaşan və inkişaf edən klubların ön plana çıxması ümumilikdə liqanın səviyyəsinə müsbət təsir göstərir.
“Qarabağ”ın prezidenti Tahir Gözel də “Sabah”ı ayrıca təbrik edərək komandanın uğurunu yüksək qiymətləndirib və onları UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində uğurlu çıxışa çağırıb:
“Sabah” Futbol Klubunu Azərbaycan çempionu olması münasibətilə təbrik edirəm. Komandaya UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində uğurlu nəticələr arzulayıram”.
© Copyright 2026, All Rights Reserved