"Qazandığımız xala görə məmnunuq" - Renduliç
"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin qabağına çıxıb.
90plus.az xəbər verir ki, xorvatiyalı baş məşqçi komandasının müdafiə olunmasından narazılığını ifadə edib:
"Azarkeşlər maraqlı oyuna şahidlik etdilər. Bu gün bolqollu matç oldu. Oyundan əvvəl 3 xal qazanmaq istəyirdik, amma sonradan 1 xala görə də məmnunuq. Oyunçularıma daha çox topa sahib olmağı tapşırmışdım. Bəzi məqamlarda yaxşı çıxış etmədik. Biz təkcə müdafiəçini günahladıra bilmərik, ikinci qola qədər ardıcıl beş səhvə yol verdik”.
Qeyd: "Sabah" öz meydanında "Turan" Tovuzla 2-2 hesablı heç-heçə oynayıb.
© Copyright 2026, All Rights Reserved