Qriqorçuk: "Belə futbol oynamaq olmaz"
“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk “Zirə” ilə bu gün keçirilən oyundan (0:2) sonra jurnalistlərin qabağına çıxıb.
90plus.az xəbər verir ki, ukraynalı çalışdırıcı komandasının oyunundan məyusluğunu gizlədə bilməyib:
"İlk dəqiqədə qol buraxmaq xoş deyil. Amma futboldur, belə şeylər olur. Bu gün oynadığımız futbol qəbulolunmazdır. Heç bir şey bizi sarsıda bilməz ki, istədiyimiz futbolu oynaya bilməyək.
Bu cür oyunla nəsə gözləmək çətindir. Biz istənilən halda, daha yaxşı oynamalıyıq. Son konfransda da demişdim ki, fasilə bizə daha yaxşı təsir edəcək. Amma sözlərimi tuta bilmədim. Buna görə üzr istəyirəm. Bu cür futbola görə hamımız üzr istəməliyik. Belə futbol oynamaq olmaz. Hamımız görürük ki, hücum xəttində axsayırıq. İstədiyimiz kimi çıxış etmirik. Hər oyundan-oyuna sağlamlığımı itirirəm. Belə futbol oynamaq heç də xoş deyil".
© Copyright 2026, All Rights Reserved