Qriqorçuk: "Bunu düşünmək çətindir"
"Prinsipcə, biz qələbəyə daha yaxın idik. Amma futbolda belə şeylər olur".
90plus.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis Misli Premyer Liqasında VIII turunun "Sumqayıt"la oyunda qeydə alınan 1:1 hesablı nəticəni şərh edib.
Stadion: "Stadionumuz dəyişib, buranı bəyənirəm. Oynadığımlz futbolda və nəticələr bundan çox geri qalır. Oynumuzu yaxşılaşdırmalıyıq".
Özünü tənqid: "Bunu da əzmkar işlə. Taktik və fiziki cəhətdən çatışmazlıqlar yoxdur. Psixoloji cəhətdən oyunçular üzərində təzyiq var. Psixoloji daha yaxşı olmalıyıq. İndi yalnız qələbə futbolçunu daha yaxşı tərəfə dəyişəcək".
"Neftçi" brenddir. "Nəticələr də buna layiq olmalıdır. Təbii ki, bu haqda düşünməmişdim. Çünki düşüncəmdə gələcəkdə nələr baş verəcək haqda düşünmürəm. Komandanın səkkiz oyun qalib gələ bilməyəcəyini düşünmək çətindir".
Qeyd: "Neftçi" 8 turdan sonra qələbə qazana bilməyib.
© Copyright 2026, All Rights Reserved