Qurban Qurbanov: “Bəzən güclü komanda da çempion ola bilmir”
Qurban Qurbanov: “Həmişə çempion olası deyilik”.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınmış oyunda "Qarabağ"ın "Neftçi"yə 1:2 hesabı ilə uduzmasından sonra baş məşqçi Qurban Qurbanov matçdan sonra fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis mövsümün gedişində yaşanan çətinliklərə diqqət çəkib:
“Bir neçə səbəb var. Baxsaq, ola bilər ki, bu çempionata tam hazırlaşmadıq. Əvvəlcədən ümumi çempionatın gedişatına, çempionatın gücünü bilmədik.”
Qurbanov Avropa turnirlərinin komandaya təsir etdiyini də vurğulayıb:
“Çempionlar Liqası bizi çox yordu. Digər detallar var, oyunçulara təkliflər oldu. Bu da hardasa ölkə çempionatına olan motivasiyaya təsir etdi.”
O, çempion olan Sabah FKnin çıxışını da yüksək qiymətləndirib:
“Bizim qarşımızda yaxşı ‘Sabah’ var idi. Çox formalaşmış komanda idi və bütün fikrini çempionata yönəltmişdi. Heç bir oyunda boşluq vermədilər.”
Baş məşqçi nəticəni normal qarşılamağın vacibliyini qeyd edib:
“Həmişə çempion olası deyilik ki. İstənilən ölkədə bu halları görmüşük. Güclü olduğun halda belə, bəzən çempion olmursan.”
Sonda isə Qurbanov gələcək planlardan danışıb:
“Bəzi nüanslar var. Bunu normal analiz edib düzgün qəbul etməliyik. Hansı çatışmazlığın olduğunu da bilirəm. Bundan nəticə çıxarıb qarşıdakı illərə hazırlaşacağıq.”
Qeyd: Bu nəticədən sonra “Qarabağ” çempionluq şansını itirib və Premyer Liqada qızıl medallar Sabah FKə qismət olub.
© Copyright 2026, All Rights Reserved