Qvardiola: "Buradakı işim bitdikdən sonra..."
"Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola vəzifəsindən ayrıldıqdan sonra məşqçilik karyerasına fasilə verəcəyini açıqlayıb.
90plus.az xəbər verir ki, 54 yaşlı çalışdırıcı karyerasını tam olaraq nə vaxt bitirəcəyini açıqlamasa da, "Mançester Siti"dən ayrıldıqdan sonra müəyyən müddət futboldan uzaq qalacağını bildirib. Qvardiola bu barədə belə deyib:
“Mən nə indi, nə mövsüm sonunda, nə də müqaviləm bitəndə ayrılacağımı demədim. Buradakı müddətim sona çatdıqda — bu bir, iki, üç, dörd və ya beş il ola bilər — fasilə verəcəyəm. Təqaüdə çıxmayacağam, sadəcə bir müddət futboldan uzaq qalacağam.”
Qvardiola ötən ilin noyabr ayında "Mançester Siti" ilə yeni 2 illik müqavilə imzalayaraq klubdakı fəaliyyətini 2027-ci ilin iyun ayına qədər uzatmışdı. Bu müddətdə o, "Siti"də 11-ci mövsümünü keçirəcək.
Qvardiola dünyanın ən uğurlu baş məşqçilərindən biri hesab olunsa da, "Mançester Siti" bu mövsüm gözləntiləri doğrulda bilməyib. Komanda UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb və İngiltərə Premyer Liqasında çempionluğu "Liverpul"a uduzub.
© Copyright 2026, All Rights Reserved