Qvardiola Edersonun baş tutmayan transferindən danışdı
Qvardiola "Mançester Siti"nin qapıçısı Edersonun yayda "Əl-Nəssr"ə baş tutmayan transferi haqda danışıb.
90plus.az xəbər verir ki, ispan çalışdırıcı mətbuata bu müsahibəni verib:
"Ederson komandamız üçün vacib fiqurdur. Bəxtimiz gətirib ki, heyətimizdə belə bir qapıçı var. Onun burada xoşbəxt olduğuna ümid edirəm. İlk gündən bilirdi ki, qalmasını istəyirəm. Əslində, bu yay Ederson üçün real təklif almadıq. 4 dəfə Premyer Liqanın qalibi olan qolkiperin müəyyən qiyməti var. O, dəyərli futbolçudur. Bəlkə də, real məbləğ təklif edilsə idi, Ederson artıq "Mançester Siti"də olmayacaqdı".
© Copyright 2026, All Rights Reserved