Qvardiola etiraf etdi: "Pele və Maradona bağışlasın məni"
”Man Siti”nin baş məşqçisi Pep Qvardiola Lionel Messi haqda danışıb.
90plus.az xəbər verir ki, Pep Qvardiola Messini Pele və Maradonadan üstün tutub.
”Lionel Messi bütün dövrlərin ən böyük futbolçusudur. Bəlkə də Pele və Maradonaya hörmətsizlik edirəm, amma Messi qədər stabil birini təsəvvür edə bilmirəm.
Mən o uşağın hər gün məşq etdiyini və üç gündən bir inanılmaz şəkildə oynadığını gördüm. Onu yaxından görəndə əslində nə olduğunu başa düşürsən.
O, unikaldır. Ona heyran ola bildiyimiz üçün şanslıyıq. Bu, möhtəşəm bir gözəllikdir”.
© Copyright 2026, All Rights Reserved