Qvardiola "Mançester Yunayted"ə ilişdi: "Burada olmayacaq"
İngiltərə Premyer Liqasında Qvardiola bu gün "Sauthempton"la oyundan öncə "Mançester Yunayted"ə ilişdi.
90plus.az xəbər verir ki, oyun öncəsi keçirilən mətbuat konfransında sualları cavablandıran Pep Qvardiola, klubun idarəetmə baxımından yaxşı vəziyyətdə olduğunu və onun mümkün ayrılmasının çox təsir etməyəcəyini söylədi.
Qvardiola, Ser Aleks Ferqyusonun təqaüdə çıxması qərarından sonra Premyer Liqa çempionluğu yaşaya bilməyən və zirvədən uzaqlaşan "Mançester Yunayted"in qarşılaşdığı vəziyyətin "Mançester Siti"də olmayacağını qeyd etdi.
Mövzu ilə bağlı Qvardiola, “"Yunayted"də nə baş verdiyini bilmirəm, amma burada belə olmayacağına əminəm. "Siti" sabitliyi təmin edəcək. Bir nəfərin ayrılması ilə klubdakı hər şeyin dağılması pis bir göstəricidir. Ola bilsin ki, səhvlər edilsin, amma həll olunacaq. Buna əminəm. Nə edəcəklərini bilirlər.” ifadələrini işlədib.
© Copyright 2026, All Rights Reserved