Qvardiola: “Qoy, Yamal öz yolu ilə getsin”
Pep Qvardiola: “Yamal yalnız öz yolu ilə getməlidir”.
90plus.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”nın gənc ulduzu Lamin Yamalın Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib. Tanınmış mütəxəssis açıqlamasında 17 yaşlı futbolçunun potensialını yüksək qiymətləndirib:
“Yamal öz yolu ilə getməlidir. İllər sonra onu tarixin ən böyük futbolçusu ilə müqayisə etməli olub-olmadığımızı görəcəyik. İndi isə yalnız bir şey aydındır: Lamin çox yaxşı oyunçudur. O, ciddi zədələr almasa, karyerasının əla alınması üçün hər şeyə sahibdir,” – deyə Qvardiola bildirib.
Məşqçi eyni zamanda Yamalın bu il “Qızıl top”u qazanmaq ehtimalı ilə bağlı fikirlərini də bölüşüb:
“Yamal 17 yaşında ən yaxşılardan biri sayılırsa, deməli, buna layiqdir.”
Xatırlatma: Lamin Yamal bu mövsüm göstərdiyi parlaq çıxışı ilə dünya futbol ictimaiyyətinin diqqətini cəlb edib və artıq bir çox mütəxəssislər tərəfindən gələcəyin superulduzu kimi qiymətləndirilir. O, 18 yaşına çatmadan iki La Liqa çempionluğu yaşayan yeganə futbolçudur.
📰: BeIN Sports
© Copyright 2026, All Rights Reserved