Qvardiola rəqibini təriflədi
"Mançester Siti"nın baş məşqçisi Pep Qvardiola rəqibin baş məşqçisi haqqında tərifli sözlər dedi.
90plus.az xəbər verir ki, "şəhərlilər" İngiltərə Premyer Liqasının 4-cü turunda öz meydanında "Brendfort"u qəbul və məğlub edib. Oyundan sonra ev sahibinin baş məşqçisi Qvardiola rəqibin çalışdırıcısı Tomas Frankı tərifləyib:
“Burada olduğum 9 il ərzində ilk 20 və ya 30 dəqiqədə Brentford kimi yaxşı çıxış edən komandanı xatırlaya bilmirəm. Onlar Premyer Liqaya yüksələndən bəri onlara qarşı oynamaqda həmişə çətinlik çəkirik. Tomas Frankın Avropanın böyük klubuna baş məşqçi kimi keçidi an məsələsidir. “Onlar qabağa çıxmaqda, uzun topları ötürməkdə və ikinci topları götürməkdə çox yaxşıdırlar. .Meydanda etdikləri hər şeydə məntiq var. Frank ən yaxşılardan biridir."
© Copyright 2026, All Rights Reserved