Qvardiola transfer xərcinə görə rekorda çatdı
“Transfermarkt”ın məlumatına görə, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Börnli”dən Ceyms Traffordun 27 milyon avroya transferindən sonra futbol tarixində ümumi transfer xərcləri 2 milyard avronu keçən ilk məşqçi olub.
90plus.az xəbər verir ki, Qvardiolanın ümumi transfer xərcləri artıq 2.02 milyard avroya çatır və bu göstərici onu həmkarlarından açıq fərqləndirir. Onun bu rekordu “Barselona”, “Bavariya” və “Mançester Siti”dəki məşqçilik dövründə etdiyi transferlərin cəminə əsaslanır.
Tarixdə ən çox transfer xərci etmiş 5 baş məşqçi belə sıralanır:
Qeyd: Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” son illərdə həm daxili arenada, həm də Avropada bir çox uğura imza atıb və bu transferlər klubun bu uğurlarında mühüm rol oynayıb.
© Copyright 2026, All Rights Reserved