“Qızıl Top”un sahibi son anda bilinəcək
Bu ilki “Qızıl top” mükafatında France Football yeni qayda tətbiq edib. Jurnalın direktoru Vinsent Qarsiyanın sözlərinə görə, qalibin adı sentyabrın 22-də keçiriləcək rəsmi təqdimata qədər açıqlanmayacaq.
90plus.az xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq, qalibə öncədən məlumat verilməyəcək. Nə fotosessiya, nə də əvvəlcədən hazırlanmış materiallar olacaq. Məqsəd maksimum gizlilik təmin etmək, sürpriz elementini gücləndirmək və xəbər elan ediləndə daha böyük təsir yaratmaqdır.
Favoritlər sırasında PSJ-dən Usman Dembelenin və “Barselona”dan Lamin Yamalın adı çəkilsə də, komitə gözlənilməz bir namizədin adını da açıqlaya bilər.
© Copyright 2026, All Rights Reserved