Ərdoğan Dəmiralın cəzalanmasına münasibət bildirib
"Merih orada bu görüntü ilə həyəcanını nümayiş etdirib" - deyə qeyd edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Merih Dəmiralın UEFA tərəfindən 2 oyunluq cəzalanmasına münasibət bildirib.
90plus.az xəbər verir ki, prezident həmçinin "Kimsə almanların formasında qartal var deyirmi? Fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?" - deyə bildirib.
Qeyd: Türkiyə millisinin futbolçusu Merih Dəmiral Avropa çempionatının 1/8 final mərhələsində Avstriya üzərində 2-1 hesabla qalib gəldikləri oyunda "bozqurd" işarəsi göstərib.
© Copyright 2026, All Rights Reserved