Ərdoğan Merihin cəzasından yenə danışdı
Türkiyə millisinin oyunçusu Merih Demiralın matçda "boz qurd" işarəsi göstərdiyi üçün 2 oyunluq cəzalanmasına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə münasibət bildirib.
90plus.az xəbər verir ki, prezident “Qərbin mentalitet nöqteyi-nəzərindən bizə yanaşması dəyişməyib, hissləri hələ də eynidir. Merih Dəmirala verilən cəza siyasidir. Əslində bu, bir millət olaraq Türkiyə üçün bir cəzadır. Buna ən yaxşı cavab Niderlanda qarşı matçda qələbə olardı. Təəssüf ki, bu, baş vermədi. Amma qarşıda 2026-cı il dünya çempionatı və 2028-ci il Avropa çempionatı var. Onlara ən yaxşı şəkildə hazırlaşaraq, ümid edirik ki, bunların revanşını almaq şansımız olacaq” - deyə qeyd edib.
Mənbə: Anadolu
© Copyright 2026, All Rights Reserved