“Real Madrid”də ab-hava yaxşı deyil
“Real Madrid”də gərginlik artır – paltardəyişmə otağında ciddi problemlər var.
90plus.az xəbər verir ki, "Real Madrid" klubunun daxilində vəziyyətin gərgin olduğu bildirilir. Xarici mətbuatın yaydığı məlumata görə, komandanın paltardəyişmə otağında bir neçə futbolçu və məşqçi heyəti arasında ciddi fikir ayrılıqları yaşanır.
Məlumata əsasən, müdafiəçi Antonio Rüdiger komanda yoldaşlarından biri ilə gərgin mübahisə edib. Hadisənin detalları açıqlanmasa da, insidentin komanda daxilində narazılıq yaratdığı qeyd olunur.
Digər tərəfdən, yarımmüdafiəçi Dani Sebalyosun gələcəyi də sual altına düşüb. O, artıq Alvaro Arbeloanın planlarında yer almır və tərəflər arasında ciddi anlaşmazlıq yaşandığı bildirilir.
Bundan əlavə, Raul Asensio və Dani Karvaxalın da baş məşqçi ilə münasibətlərinin gərgin olduğu iddia edilir.
İspaniya mətbuatının məlumatına görə, bu vəziyyət komanda daxilində atmosferə təsir göstərib və yaxın günlərdə klub rəhbərliyinin məsələyə müdaxilə edəcəyi istisna edilmir.
© Copyright 2026, All Rights Reserved