"Real"dan Arda Gülər qərarı!
"Real Madrid"in Arda Gülərlə bağlı yeni bir qərar verdiyi ortaya çıxıb.
90plus.az xəbər verir ki, "Real Madrid"dəki ilk ilində zədə səbəbindən cəmi 12 matçda iştirak edən Arda Gülər mövsümün son hissəsində meydana çıxmaq imkanı qazandı. Buna baxmayaraq, 19 yaşlı gənc ulduz "Real"a 6 dəfə qol sevinci yaşatdı.
Mövsüm başa çatandan sonra AVRO-2024-də Türkiyə millisində mübarizə aparan gənc ulduz Gürcüstan matçında (Türkiyə-Gürcüstan 3:1) möhtəşəm qola imza atdı. Ötən mövsüm transfer iddialarında Arda Gülərin adı tez-tez hallansa da, "Real Madrid" son qərarını verdi. İspaniya nəhəngi Ardanı hücum xəttində Rodriqonu əvəz edə biləcək oyunçu kimi görür. 19 yaşlı gənc futbolçu həm də yarımmüdafiə üçün də yaxşı seçim olaraq qiymətləndirilir.
Mənbə: Relevo
© Copyright 2026, All Rights Reserved