Rekord qıran Arne Slot: "Rekordlardan daha gözəl şeylər var"
İngiltərə Premyer Liqasında lider "Liverpul" Çempionlar Liqasında yoluna itkisiz davam edir.
90plus.az xəbər verir ki, "Milan" və "Bolonya" qələbələrindən sonra "Leyptsiq"i də məğlub edən "Liverpul" 3-də 3 edib və xallarını 9-a yüksəldib.
"Liverpul"a "Leyptsiq" səfərində qələbəni gətirən qolu Darvin Nunez vurarkən, Mersisayd təmsilçisi bu nəticə ilə klub tarixində bir ilkə imza atıb.
ARNE SLOTDAN İKİLİ REKORD
Yurgen Kloppun ayrılığından sonra komandanın başına keçən Arne Slot mövsümə möhtəşəm başlanğıc edib.
Premyer Liqada 8 oyunda yalnız bir məğlubiyyət alan "Liverpul", Çempionlar Liqasındakı 3 oyununu qazanıb.
Bu mövsüm Premyer Liqa, İngiltərə Liqa Kuboku və Çempionlar Liqasında ümumilikdə 12 oyuna çıxan "Liverpul" 11 qələbə ilə klub rekordunu qırıb.
"Liverpul" klub tarixində ilk dəfə bir mövsümün ilk 12 oyununda 11 qələbə qazanıb. Arne Slot-un komandası həmçinin mövsümün ilk 6 səfər oyunundan da qələbə ilə ayrılaraq klub tarixində bunu ilk dəfə reallaşdırıb.
"REKORLARDAN DAHA GÖZƏL ŞEYLƏR VAR"
"Leyptsiq" matçından sonra danışan Arne Slot, rekordlardan dolayı xoşbəxt olduğunu, lakin kubokların daha vacib olduğunu bildirib.
Slot, "Bu formanı geyinən çoxlu böyük futbolçular və klubda işləyən texniki direktorlar səbəbindən qürur duymalıyıq. Əvvəllər edilməmiş bir şeyi etmək həmişə gözəldir. Amma rekordlardan daha gözəl bir şey var, nə demək istədiyimi bilirsiniz. Kuboklar," dedi.
© Copyright 2026, All Rights Reserved