Renduliç: "Qələbə qazanmalı idik"
"Oyunçularımı təbrik edirəm. Onlar bu gün mükəmməl çıxış etdilər. Son saniyəyə qədər keyfiyyətli, inadkar oyun göstərdik. Amma əfsuslar olsun ki, çox qol epizodundan yararlanmayanda, qalib gələ bilmirsən".
90plus.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç deyib.
Xorvatiyalı mütəxəssis Misli Premyer Liqasının 11-ci turunda “Neftçi” ilə oyunda qeydə alınmış qolsuz heç-heçəni şərh edib. "Futbolda ən yaxşı qol fürsəti penaltidir. Onu da qaçırdıqdan sonra qələbə gözləmək bir az çətin olur. Bu gün biz qalibiyyətə daha yaxın idik. Əfsuslar olsun ki, bu gün iki xal itirdik. İlk saniyədən sona qədər yaxşı idik. Xüsusən də ikinci hissədə. İki xal itirdik, amma ağlamaq üçün vaxtımız yoxdur. Sabahdan etibarən qarşıdan gələn rəqib haqda fikirləşəcəyik".
Renduliç son oyunda komandanın qələbə qazana bilməməsini şərh edib: "Əlbəttə ki, bunlar futbolun bir parçasıdır. Bu cür hallar davam edir. Son 4 oyunda daha çox xallara layiq idik. "Qarabağ"la oyundan başlayaraq belədir. Azarkeşlərə nə deyə bilərəm, heç kim qaranti vermir ki, biz hər oyunda qalib gələcəyik. Amma onlar komandamızın bir parçasıdır. Bizi dəstəkləməyə davam etsinlər. Ümid edirəm ki, qarşıda qalib gəlib birlikdə qeyd edəcəyik".
Qeyd edək ki, "Sabah" 17 xalla 5-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved