"Reyncers" altı futbolçu ilə yollarını ayırdı
Şotlandiya Premyer Liqasını ikinci pillədə başa vuran "Reyncers" mövsümün sonunda heyətində ciddi dəyişikliklərə start verib.
90plus.az xəbər verir ki, müqavilə müddəti başa çatan altı futbolçu ilə yollar ayrılıb. Bunlar "Reyncers"in heyətində yer alan Yanis Haci, Çerni, Leon Balogun, Tom Lourens, Nerayşo Kasanvirco və Rafael Fernandesdir.
Mövsümün əvvəlində icarəyə götürülən Çerni, Kasanvirco və Rafael Fernandes əvvəlki klublarına geri dönüblər.
Yanis Haci, Leon Balogun və Tom Lourens isə sərbəst agent statusu alıblar.
"Reyncers" rəhbərliyi yaxın günlərdə heyətə yeni futbolçuların cəlb olunması üçün transfer çalışmalarını davam etdirməyi planlaşdırır.
© Copyright 2026, All Rights Reserved