Ridström: "Qarabağ" Avro Liqanın ən güclü komandalarından biridir"
"Malmö"nün baş məşqçisi Henrik Ridström "Qarabağ"la oyundan əvvəl müsahibə verib.
90plus.az həmin müsahibəni təqdim edir:
"Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq"
"Qarabağ"ı analiz etmişik. Güclü komandadır. Hətta, mən deyərdim ki, sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq. Doğma meydanda rəqibləri ilə daha yaxşı oyun sərgiləyirlər. Topa çox yaxşı sahib olma bacarıqları var. Sabahkı oyunun çətin olacağını bilirik. Amma Bakıya qələbə ardınca gəlmişik".
Qeyd: "Qarabağ" - "Malmö" qarşılaşması sabah Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
© Copyright 2026, All Rights Reserved