Riyad Mahrez komanda yoldaşlarına bahalı hədiyyə verdi
Riyad Mahrez möhtəşəm jesti ilə diqqət mərkəzinə düşüb. "Al Ahli" klubunun ulduz futbolçusu komandasının uğurunu xüsusi şəkildə qeyd edib.
90plus.az xəbər verir ki, əlcəzairli vinger Asiya Çempionlar Liqası titulunu əldə etdikdən sonra bütün komanda yoldaşlarına bahalı hədiyyə təqdim edib. Belə ki, “Al Əhli”nin ardıcıl iki il bu turnirdə qalib olmasını qeyd edən Mahrez hər bir futbolçuya xüsusi hazırlanmış Rolex saatı bağışlayıb.
Saatların hər biri fərdi şəkildə hazırlanıb. Onların üzərində futbolçuların adı və qazanılan turnirin simvolu həkk olunub. Bu da hədiyyəni daha da unikal və yaddaqalan edib.
Mahrezin bu addımı həm komanda daxilində böyük rəğbətlə qarşılanıb, həm də futbol ictimaiyyətində yüksək qiymətləndirilib. Təcrübəli futbolçunun bu jesti onun liderlik keyfiyyətlərini və komanda ruhuna verdiyi önəmi bir daha göstərib.
Mənbə: Tribuna
© Copyright 2026, All Rights Reserved