Rodriqo millidə də “Ançelotti səddi”nə ilişdi? Heyətdən kənardır
Karlo Ançelotti rəsmi olaraq Braziliyanın yeni baş məşqçisi kimi cilovu öz əlinə alıb, hətta millinin ilkin heyətini də açıqlayıb.
90plus.az xəbər verir ki, italyan mütəxəssis ilk mətbuat konfransında braziliyalı istedadlarla işləmək təcrübəsini vurğulayaraq, Ronaldo, Rivaldo və Kaka kimi əfsanələei, həmçinin Militao, Vinisius Jr., Rodriqo və Endrik kimi daha yeni ulduzları xatırladıb.
Cənubi Amerika cədvəlində dördüncü yeri tutduqları Braziliyanın 2026-cı il Dünya Kubokunun seçmə mərhələdəki hazırkı mübarizəsi italyalı üçün əhəmiyyətli bir problemdir.
Ançelotti bəzi dəyişikliklər etməklə ilk Braziliyanın heyətini açıqlayıb.
Heyətdə təcrübəli oyunçular və gənc istedadlar yer alır.Qapıda Alisson və Bento, müdafiədə Danilo, Markinyos və A. Sandro, yarımmüdafiədə Bruno Guimarayeş və Andreas Pereira kimi oyunçular var.
Hücum xəttinə Antoni, Vinisius Junior, Rafinya və Riçarlison rəhbərlik edəcək.
Maraqlıdır ki, "Real Madrid"in hücumçusu Rodriqo heyətdən kənarda qalıb, "Mançester Yunayted"in cinah oyunçusu Antoni isə bir müddət yoxluqdan sonra qayıdır.
Kazemiro həmçinin Braziliya yığmasına qayıdıb. Neymar da bu ilkin heyətə daxil ola bilməyib.
Ançelotti - Rodriqo və Neymarın ilk Braziliya heyətində yer almaması barədə:
"Rodriqo zədəlidir, Neymar isə zədəsini sağaldır".
Vinisius Jr-ın Braziliyadakı çıxışı ilə bağlı potensial tənqidlərə cavab:
"Vinisius Braziliya ilə öz səviyyəsini göstərmədi? İndi göstərər".
Qeyd: Ançelottinin Braziliya ilə ilk sınağı iyunda Ekvador və Paraqvaya qarşı keçiriləcək dünya çempionatının seçmə oyunları olacaq.
© Copyright 2026, All Rights Reserved