Ronaldinyo: “Yamal bir neçə dəfə "Qızıl top"un sahibi olar”
Ronaldinyo Lamin Yamalın bir neçə dəfə "Qızıl top"un qalibi olacağını düşünür.
90plus.az xəbər verir ki, 45 yaşlı sabiq futbol ulduzu, 2005-ci ildə "Qızı Top" mükafatını qazanan Ronaldinyo Lamini yüksək dəyərləndirib:
"Yamalın səviyyəsi "Qızıl top"a iddia etməsinə imkan verir. Hazırda dünya futbolunda başqa böyük oyunçular da var, amma Lamin də bu elit siyahıdadır.
"Yeniyetmə futbolçunun bu cür çıxış etməsi qeyri-adidir. Yamal bir neçə dəfə "Qızıl top"un sahibi olmaq və adını tarixə yazdırmaq potensialına sahibdir".
Qeyd: Lamin Yamal İspaniya futbol tarixində 18 yaşına çatmadan iki La Liqa çempionluğu qazanan yeganə futbolçudur.
📰: Marca
© Copyright 2026, All Rights Reserved