Ronaldo “Al Nassr”da qaldı
Ronaldo "Al-Nassr"də qalmaq qərarı verdi. 40 yaşlı hücumçu Səudiyyə Ərəbistanı klubu ilə yeni müqavilə imzaladı.
90plus.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu Səudiyyə Ərəbistanının "Al-Nassr" klubu ilə müqaviləsini 2026-cı ilin iyun ayına qədər uzadıb. Yeni razılaşmaya əsasən, 40 yaşlı hücumçu illik 200 milyon avro qazanacaq və bu məbləğə imic hüquqları və kommersiya gəlirləri də daxildir.
Ronaldo, "Al-Nassr" forması ilə keçirdiyi müddətdə 90 matçda 81 qol vurub və 18 məhsuldar ötürmə edib. Bu mövsüm isə 20 oyunda 17 qol və 3 assistlə yadda qalıb.
Klubun Klublararası Dünya Çempionatına vəsiqə qazana bilməməsinə baxmayaraq, FIFA prezidenti Canni İnfantino Ronaldonun bu turnirdə iştirak etməsi üçün müzakirələrin davam etdiyini bildirib. FIFA, turnirdə iştirak edən oyunçular üçün xüsusi transfer pəncərəsi açıb.
"Al Nassr"in portuqaliyalı futbolçunu Klublararası Dünya Çempionatı müddətinə "Al Hilal"a icarəyə vermək variantı müzakirə olunur.
📰: Foot Mercato; Reuters; turkic.world
© Copyright 2026, All Rights Reserved