Ronaldo deyən oldu, amma Benzema KEÇİ-nin qanını qaraltdı
Ronaldo “Əl-Nəsr”ə qayıdır – Benzemadan diqqətçəkən mesaj gəldi.
90plus.az xəbər verir ki, Kriştiano Ronaldonun gələcəyi ilə bağlı qeyri-müəyyənliyə son qoyulub. Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondu portuqaliyalı ulduzun irəli sürdüyü tələbləri qəbul edib və futbolçu komandanın düşərgəsinə qayıtmağa hazırdır.
CNN Portugal-ın jurnalisti Bruno Andradenin yaydığı məlumata görə, 39 yaşlı hücumçu fevralın 14-də keçiriləcək “Əl-Nəsr” – “Əl-Fateh” qarşılaşmasında iştirak edə biləcək. Bildirilir ki, klubda yığılıb qalmış maaş borcları artıq tam şəkildə ödənilib. Bundan əlavə, idarə heyəti klubun menecmenti üzərində nəzarəti yenidən bərpa edib.
Digər tərəfdən, “Telegraph”ın məlumatına görə, Kərim Benzema Ronaldoya mesaj göndərərək diqqət çəkib. Benzemanın mesajı belədir:
“Daha yüksək məbləğli müqaviləyə imza atdım və liqa çempionluğunu qazanmağa çox yaxınam".
Beləliklə, Səudiyyə Ərəbistanında iki ulduz futbolçu arasında rəqabət təkcə meydanda deyil, meydankənarında da davam edir.
© Copyright 2026, All Rights Reserved