Ronaldo dubl etdi, komandası lider oldu
Kriştiano Ronaldonun şərəfini qoruduğu "Əl-Nəsr" klubu Səudiyyə Ərəbistanı Premyer Liqasında növbəti oyununu keçirib.
90plus.az xəbər verir ki, Ronaldonun komandası "Əl-Riyad" üzərində 5:1 hesablı qələbə qazanıb.
Portuqaliyalı ulduz bu qarşılaşmada iki dəfə fərqlənərək dubl edib.
Qalan qolları Joao Feliks (2 qol) və Kinqsli Koman vurublar. "Əl-Riyad"ın yeganə qolunu isə Mamadu Silla qeydiyyata alıb.
"Əl-Nəsr" üç turun ardından topladığı 9 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved