Ronaldodan müəmmalı vida mesajı: “Bu fəsil bitdi… Hekayə hələ yazılır”
Kriştiano Ronaldo İnstagramda paylaşdığı müəmmalı mesajla azarkeşlərini gələcəyi ilə bağlı düşündürüb: “Bu fəsil bitdi. Hekayə? Hələ yazılır. Hər kəsə təşəkkürlər".
90plus.az xəbər verir ki, portuqaliyalı dünya ulduzunun bu paylaşımı “Əl-Nəsr”də bir mövsümün yekunundan sonra olub. Portuqaliyalı ulduz bu mövsüm klub səviyyəsində 800-cü qolunu vuraraq böyük uğura imza atıb.
Onun fərdi çıxışı möhtəşəm olub – 25 qolla ardıcıl ikinci dəfə Səudiyyə Ərəbistanı Pro Liqasının bombardiri (Qızıl buts) seçilib.
Lakin “Əl-Nəsr” üçün mövsüm uğursuz alınıb. Komanda Asiya Çempionlar Liqasının yarımfinalında mübarizədən kənar qalıb və yerli liqada da çempionluğu əldən verib.
40 yaşlı Ronaldonun müqaviləsi iyunun 30-da başa çatır və “Al Nassr” ilə müqaviləsi iyun ayında bitir və yeni saziş hələ də imzalanmayıb.
Yanvarda yeni müqavilə ilə bağlı danışıqlar aparıldığı deyilsə də, bu barədə hələ rəsmi açıqlama verilməyib.
© Copyright 2026, All Rights Reserved