Ronaldo: "Yunayted"də əla bir iş görmüşəm"
Kristiano Ronaldo Portuqaliya mətbuatına ikinci "Mançester Yunayted" dövründən danışdı.
90plus.az xəbər verir ki, portuqaliyalı superulduz hələ də "qırmızı şeytanlar"ın onun qəlbində yaşadığını qeyd edib.
"Mançester Yunayted"ə qayıdanda çox xoşbəxt idim. Ən yaxşı qol vuranlardan biri idim. Klubda inanılmaz şeylər etdim. 37 yaşımda Premyer Liqada üçüncü ən çox qol vuran futbolçu oldum. Bütün qrup mərhələsində fərqlənməyi bacardım. Liqada 17 və ya 18 qol vurdum. Əla bir iş görmüşəm. "
Qeyd: Ronaldo 2021-2023 illər arası 2-ci dəfə "Mançester Yunayted "də çıxış etmişdi.
© Copyright 2026, All Rights Reserved